Rusiya - Azərbaycan futbol görüşü
21 Mart 2009 Şənbə 17:58
Baş məşqçi Qus Hiddink milli komandamızla Moskvadakı “Lujniki” stadionunda keçiriləcək görüşə 22 futbolçu çağırıb
Rusiya yığması 2010-cu il dünya çempionatının seçmə mərhələsi çərçivəsində martın 28-də Azərbaycanla keçirəcəyi rəsmi oyuna heyəti açıqlayıb. Baş məşqçi Qus Hiddink milli komandamızla Moskvadakı “Lujniki” stadionunda keçiriləcək görüşə 22 futbolçu çağırıb.
Qapıçılar: Ýqor Akinfeyev (MOÝK), Vladimir Qabulov (”Dinamo”), Vyaçeslav Malofeyev (”Zenit”).
Müdafiəçilər: Aleksandr Anyukov (”Zenit”), Aleksey Berezutski, Vasili Berezutski, Sergey Ýqnaşeviç (hamısı MOÝK), Denis Kolodin (”Dinamo”), Renat Yanbayev (”Lokomotiv”).
Yarımmüdafiəçilər: Yuri Jirkov (MOÝK), Diniyar Bilyaletdinov, Dmitri Torbinski (”Lokomotiv”), Ýqor Denisov, Konstantin Zıryanov, Ýqor Semşov (hamısı “Zenit”), Ývan Sayenko (”Spartak”), Alan Dzaqoyev (MOÝK), Sergey Semak (”Rubin”).
Hücumçular: Pavel Poqrebnyak (”Zenit”), Andrey Arşavin (”Arsenal”, Ýngiltərə) Roman Pavlyuçenko (”Tottenhem”, Ýngiltərə), Dmitri Sıçev (”Lokomotiv”). 
Göründüyü kimi, heyətin böyük əksəriyyəti ötən yay Avropa çempionatının bürünc mükafatını qazananlardır. Bunlardan yalnız Poqrebnyak, Denisov və Dzaqoyev həmin heyətdə yer almamışdı. Qeyd edək ki, Rusiya bu heyətlə növbəti oyununu milli komandamızla görüşdən üç gün sonra - aprelin 1-də səfərdə Lixtenşteyn yığması ilə keçirəcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar