Runi "Mançester Yunayted"dən qovulur
14 Mart 2011 Bazar Ertəsi 16:53
Futbolçu komandanın baş məşqçisi ilə yola getmir
İngiltərənin “Mançester Yunayted” klubunun futbolçusu Ueyn Runi komandadan qovula bilər. ANS PRESS-in İngiltərə mətbuatına istinadən verdiyi məlumata görə, klubun baş məşqçisi Aleks Ferqyuson Runini yayda “Mançester Yunayted”dən uzaqlaşdırmaq fikrindədir.
Buna səbəb kimi Aleks Ferqyusonla Ueyn Runi arasında fikir ayrılıqlarının olması bildirilir. Şahidlərin məlumatına görə, Ueyn Runi Aleks Ferqyusona “Mançester Yunayted”də ustalıq səviyyələri aşağı olan futbolçuların oynadığını deyib. Baş məşqçi isə Runiyə öz ustalığını təkmilləşdirməyi məsləhət görüb.
Xatırladaq ki, Ueyn Runi ötən yay da “Mançester Yunayted”dən ayrılmaq istəyini bildirmişdi. Ancaq o, sonradan klubla müqaviləsini artıraraq azarkeşlərdən üzr istəmişdi.
DOSTLARINLA PAYLAŞ: