Rüfət Ağayev 1 tondan artıq ağırlıq qaldıraraq çempion oldu
15 İyun 2010 Çərşənbə Axşamı 10:30
İdmançımız 1 tondan artıq ağırlıq qaldıraraq çempion oldu. Rüfət Ağayev qitə birinciliyinin qalibi olub.
Macarıstanda pauerliftinq və benç-press üzrə Avropa çempionatı başa çatıb.

Azərbaycan Pauerliftinq Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, idmançımız Rüfət Ağayev (125 kq) ümumilikdə 1040 kq ağırlıq qaldıraraq Avropa çempionu olub.

Birincilik çərçivəsində həmçinin dünya çempionatının gələn ilin sentyabrında Bakıda keçirilməsi məsələsi müzakirə olunub. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar