Rud van Nisterloy “Hamburq”a keçdi
24 Yanvar 2010 Bazar 02:15
Hollandiya millisinin hücumçusu Rud van Nisterloy Almaniya klubu ilə ilyarımlıq müqavilə imzalayıb
Futbol üzrə Hollandiya millisinin futbolçusu Rud van Nistelroy Almaniyanın “Qamburq” klubuna keçib. Hollandiyalı futbolçu komanda ilə 1,5 illik müqavilə imzalayıb.

Rud van Nisterloy alman klubuna keçidinin baş tutmasından özünü xoşbəxt hiss etdiyini deyib: ““Hamburq” güclü oyunçuları və böyük iddiaları olan fövqəladə komandadır”.

Bazar ertəsi hollandiyalı hücumçu yeni komandasının heyətinə qoşulmaslıdır. O son illərini Madrid “Real”ında keçirib və mütəmadi zədələri üzündən heyətə düşə bilməyib. Rud van Nisterloy 2006-cı ildən “Kral klubu”nda 68 oyunda meydançaya çıxıb və 48 qol vurub. Hücmçu Hollandiya yığmasının heyətində 64 qarşılaşmada iştirak edib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar