Rud Qullit "Terek"dən qovuldu
15 İyun 2011 Çərşənbə 00:18
"Amkar" qarşısında məğlubiyyət məşhur hollandiyalının baş məşqçiliyini yarımçıq qoydu
Çeçenistanın Qroznı şəhərini təmsil edən “Terek” futbol klubunun rəhbərliyi hollandiyalı baş məşqçi Rud Qullitlə müqavilənin lətvi barədə qərar qəbul edib. Bir neçə gün əvvəl klub rəhbərliyi bəyan etmişdi ki, əgər komanda “Amkar”la qarşılaşmada qələbə qazanmasa, baş məşqçi istefaya göndəriləcək. 13-cü turun qarşılaşmasında “Terek” Permdə “Amkar”a minimal hesabla məğlub oldu. Oyundakı yeganə qolu 90-cı dəqiqədə qonaqların müdafiəçisi Sergey Omelyançuk öz qapısına vurub.

“Qakrşılaşmadakı məğlubiyyət, eləcə də ümumilikdə qeyri-qənaətbəxş nəticələrlə əlaqədar Rud Qukllitin baş məşqçi vəzifəsindən azad edilməsi barədə qərar qəbul edilib”, - “Terek”in mətbuat xidməti bəyan edib. Bəyanatda deyilir ki, ola bilər, Rud Qullitə gənclərdən ibarət heyətin çalışdırılması tapşırılsın.

Qeyd edək ki, məşhur hollandiyalının başçılıq etdiyi “Terek” Rusiya çempionatında autsayderlər arasındadır. Komanda 13 oyundan 12 xal xal toplayıb və 16 komanda arasında 14-cü yerdədir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar