Rubin iranlı qapıçı ilə müqavilə bağladı
15 Yanvar 2012 Bazar 00:40
İran millisinin qapıçısı dörd il Rusiya klubunda çıxış edəcək.
İranın futbol millisinin qapıçısı Əlirza Həqiqi Rusiyanın “Rubin” klubu ilə dörd illik müqavilə imzalayıb. ANS PRESS-in klubun internet saytına istinadən verdiyi məlumata görə, 23 yaşlı iranlı qapıçı Türkiyədə təlim-məşq toplantısında olan komandaya qoşulub.

Tehrandan olan Əlirza Həqiqi indiyədək yerli “Persepolis”də çıxış edib. O, İran çempionatında 73 oyuna çıxıb və 2007-2008-ci il mövsümündə ölkə birincisi olub. Əlirza Həqiqi əvvəllər İranın yeniyetmələr və gənclərdən ibarət millilərində, eləcə də olimpiya yığmasında çıxış edib. Gənc qapıçı ötən ilin oktyabrında ölkənin əsas millisində debüt edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar