“Rubin”in futbolçusu Bahodir Nasimov “Neftçi”də
17 İyul 2010 Şənbə 10:35
Özbəkistanlı Bahodir Nasimov kluba baxışa gəlir.
Bakının “Neftçi” futbol klubu Rusiyanın "Rubin" kollektivinin hücumçusunu heyətinə qata bilər.

Klubdan verilən məlumata görə, özbəkistanlı Bahodir Nasimovun “Neftçi”nin düşərgəsinə gələrək baxışdan keçəcəyi bildirilir. Məşqçilər korpusu futbolçunun oyununu bəyənərsə onunla müqavilə imzalayacaq.

Xatırladaq ki, “Rubin”ə transfer olunmazdan əvvəl Özbəkistanın “Dinamo” (Səmərqənd) və “Bunyedkor” klublarının şərəfini qoruyub. Nasimov Özbəkistan yığma komandasının heyətində 2 oyunda iştirak edərək 1 qola imza atıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar