Rövnəq Abdullayev “Neftçi” – “Xəzər Lənkəran” matçını bəyənib
04 Mart 2011 Cümə 13:26
AFFA-nın prezidenti kubok qarşılaşmasından danışıb
Bu gün AFFA-nın İnzibati binasında İcraiyyə Komitəsinin iclası və AFFA-nın konfransı keçirilir. İcraiyyə Komitəsinin iclasının ilk dəqiqələri media nümayəndələri üçün açıq olub. İclasda Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Neftçi” – “Xəzər Lənkəran” oyunundan bəhs olunub. AFFA prezidenti Rövnəq Abdullayev də həmin görüşdən danışaraq matçı televiziya vasitəsilə izlədiyini bildirib.
“Stadiona gedə bilməsəm də, matçı televiziyadan izlədim. Gözəl və baxımlı oyun alındı. Sevindirici haldır ki, azarkeşlər də artıq stadionlara gəlməyə başlayıblar. Bu cür qarşılaşmalarla azarkeşləri daha çox stadionlara cəlb etmək olar”, - deyə Rövnəq Abdullayev bildirib. İcraiyyə Komitəsinin toplantısı başa çatdıqdan sonra AFFA-nın Konfransı start götürüb.
DOSTLARINLA PAYLAŞ: