Rövnəq Abdullayev Moskva biabırçılığından danışdı
06 Sentyabr 2014 Şənbə 00:04
Rövnəq Abdullayev: Rusiya ilə oyun yoxlama xarakteri daşıyırdı. Yığmamız meydana əsas heyətlə çıxmamışdı.
"Rusiya ilə oyun yoxlama xarakteri daşıyırdı. Yığmamız meydana əsas heyətlə çıxmamışdı".
ANS PRESS-in məlumatına görə, bu sözləri AFFA-nın prezidenti Rövnəq Abdullayev deyib.
Rusiyaya 0:4 hesablı məğlubiyyətlə bağlı fikirlərini bildirən AFFA başçısı bu oyunun Bolqarıstan matçından əvvəl yaxşı sınaq olduğunu bildirib: "Rusiya güclü komandadır. Futbolçuları belə rəqiblə oyunda sınamaq Bolqarıstanla rəsmi matçdan öncə yaxşı sınaq oldu. Komandamız gücünü Bolqarıstanla oyunda göstərməlidir".
DOSTLARINLA PAYLAŞ: