Rövnəq Abdullayev "İnter" klubunu təbrik edib
19 Yanvar 2011 Çərşənbə 20:30
Rövnəq Abdullayev: "Komandamızın Birlik Kubokundakı uğurlu çıxışı hər birimizi sevindirir".
“İnter”in Birlik Kubokundakı uğurlu çıxışı hər birimizi sevindirir”. Bunu AFFA-ın rəsmi saytına açıqlamasında AFFA prezidenti Rövnəq Abdullayev Sankt-Peterburq şəhərində təşkil olunmuş Birlik Kubokunda «İnter»in uğurlu çıxışı barədə fikirlərinin bildirərkən deyib. “Turnirdəki təmsilçimizin indiyə qədər keçirdiyi bütün qarşılaşmaları qələbə ilə başa vurması, 4 oyunda qapısından qol buraxmaması sevindirici haldır. «İnter»in yarımfinala yüksəlməsi münasibətilə klubun bütün kollektivini, Azərbaycan futbol ictimaiyyətini və azarkeşləri təbrik edirəm. «İnter»ə daha böyük uğurlar arzulayıram».

Qeyd edək ki, «İnter» Birlik Kubokunun qrup mərhələsində Qırğızıstanın «Neftçi» (3:0), Taciktistanın «İstiqlal» (3:0), Moldovanın «İskra-Stal» (1:0), 1/4 final mərhələsində isə Ermənistanın «Mika» klubunu (4:0) məğlubiyyətə uğradıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar