Rövnəq Abdullayev futbolçulardan narazıdır
04 İyun 2011 Şənbə 20:02
AFFA prezidenti Rövnəq Abdullayev qarşıdakı oyunlarda komandanın qarşısına konkret vəzifələr qoyub.
Bu gün Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti Rövnəq Abdullayev “Aeroport otel”də Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsla görüş keçirib. AFFA-nın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Berti Foqts Avro-2012-nin seçmə mərhələsi çərçivəsində dünən keçirilmiş Qazaxıstan – Azərbaycan oyunu ilə bağlı hesabat verib.
Sonra AFFA-nın rəhbərliyi komandanın üzvləri ilə görüşərək millinin oyunundan və nəticədən narazılığını bildirib, qarşıdakı oyunlarda komandanın qarşısına konkret vəzifələr qoyub. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: