Rövnəq Abdullayev cəbhəyanı bölgədə olub
21 Aprel 2011 Cümə Axşamı 17:13
AFFA prezidenti Rövnəq Abdullayev Quzanlı qəsəbəsindəki Olimpiya İdman Kompleksinə baxış keçirib.
Bu gün Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti Rövnəq Abdullayev Ağdam rayonunun Quzanlı qəsəbəsindəki Olimpiya İdman Kompleksində olub.
ANS PRESS-in məlumatına görə, R.Abdullayev AFFA tərəfindən respublikanın müxtəlif bölgələrində tətbiq olunan Elit Məşq layihəsi çərçivəsində Quzanlıdakı Olimpiya İdman Komleksində start verilən məşqləri izləyib.
Elit Məşq layihəsinin Ağdam, Tərtər, Ağcabədi və Bərdə rayonları üzrə AFFA tərəfindən təyin olunmuş məşqçisi, futbol veteranı Elbrus Abbasov keçirilən məşqlər, Elit Məşq layihəsinə cəlb olunan uşaqlar barədə AFFA prezidentinə ətraflı məlumat verib.
R.Abdullayev bu layihə sayəsində xeyli istedadlı uşağın üzə çıxarılacağına, milli komandalarımızın və klublarımızın üzvlərinə çevriləcəyinə inandığını bildirib, məşqçilərə və uşaqlara uğurlar arzulayıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: