Rövnəq Abdullayev: Azərbaycan futbolu düzgün yoldadır
30 Aprel 2011 Şənbə 22:02
Rövnəq Abdullayev: “Ümid edir və inanırıq ki, belə qələbələr davamlı olacaq”
“Yığmamızın qalib olması hər birimizi sevindirir. Bu qələbə münasibətilə milli komandamızın bütün üzvlərini, eləcə də ölkəmizin futbol ictimaiyyətini təbrik edirəm”. Bunu AFFA prezidenti Rövnəq Abdullayev deyib.

17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Astanada təşkil olunan “Prezident kuboku” turnirində birinci yeri tutub. Assosiasiya başçısı komandamızın qələbəsi ilə ölkə futbolunun düzgün yolda olduğunu bildirib: “Belə bir mötəbər yarışda əldə olunan müsbət nəticə bir daha onu göstərir ki, Azərbaycan futbolu inkişaf edir və düzgün yoldadır. Ümid edir və inanırıq ki, belə qələbələr davamlı olacaq. Bir daha yığmamızı təbrik edir və gələcək yarışlarda da uğurlar arzulayıram”. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar