Rövnəq Abdullayev AFFA prezidentliyinə namizəd oldu
11 Fevral 2012 Şənbə 00:52
Rövnəq Abdullayev martın 9-da növbəti müddət üçün futbol federasiyası prezidenti seçkilərində iştirak edəcək.
AFFA prezidenti Rövnəq Abdullayev qurum prezidentliyinə seçkidə iştirak edəcək. ANS PRESS-in AFFA-nın internet saytına istinadən verdiyi məlumata görə, o, AFFA prezidenti vəziyəsini irəli sürüb. AFFA-nın Nizamnaməsinin 41-ci maddəsinin 3-cü bəndinə əsasən, prezident öz namizədliyini irəli sürmək hüququna malikdir.
Qeyd edək ki, martın 9-da AFFA-nın hesabat-seçki Konfransı keçiriləcək. Konfransda AFFA prezidenti və İcraiyyə Komitəsinin üzvləri seçiləcək.
DOSTLARINLA PAYLAŞ: