Ronaldoya şok təklif
27 Noyabr 2012 Çərşənbə Axşamı 15:05
"Pari-Sen-Jermen" klubu futbolçuya ağlasığmaz məbləğ təklif etməyə hazırlaşır
Dünyanın ən yaxşı futbolçularından sayılan Kriştianu Ronaldoya şok təklif edilə bilər. ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, Fransanın "Pari-Sen-Jermen" klubu "Real"ın ulduzuna 150 milyon dollar təklif etməyə hazırlaşır.

Məlumata görə, Zlatan İbrahimoviç, Tiaqo Silva və Ezeqel Lavezzi kimi oyunçuları komandasına qatan PSJ-nin Ronaldonu da lədə etmək üçün mövsümün sonundan cəhdlərə başlayacağı bildirilir. "Real" Madrid klubuna 120 milyon dollara gələn ulduz futbolçuya görə, Fransız klubu 150 milyon dollar verməyə hazırdır.

Fransanın "RMC" radiosunun məlumatına görə, Ronaldo ispaniyalı müxbirə açıqlamasında Madridlə müqayisədə Parisdə yaşamaqdan daha çox həzz alacağını deyib.

Qeyd edək ki, Ronalda bundan öncə də dəfələrlə açıqlamalarında Madriddə xoşbəxt olmadığını demişdi.


DOSTLARINLA PAYLAŞ:

oyunlar