Ronaldonun qiyməti 200 milyona qalxdı
10 İyun 2012 Bazar 19:57
“Milan” klubunun bossları inanılmaz təkliflə çıxış edib.
İtaliyanın “Milan” klubunun bossları inanılmaz təkliflə çıxış edib. ANS PRESS-in türk mətbuatına istinadən verdiyi xəbərə görə, italyanlar Kriştiano Ronaldonun transferi üçün Madridin “Real” klubuna 200 milyon avro təklif edib. Lakin bu təklifin öz şərtləri var.

Belə ki, “Milan” bu pulu klubun səhmlərinin satışından əldə ediləcək vəsaitlə ödəmək fikrindədir. İş ondadır ki, Dubay şeyxi Əl Maktum “Milan” klubunun 25 faiz səhmlərini almaq üzrədir. Artıq klubun sahibi Silvio Berluskoninin Dubay şeyxi ilə anlaşmaya müsbət yabaşdığı bildirilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar