Ronaldonun bu mövsüm vurduğu qollar
18 May 2011 Çərşənbə 16:17
Portuqaliyalı futbolçu rəqib qapıçıları 38 dəfə məyus edib
İspaniyanın “Real” klubunun portuqaliyalı futbolçusu Kriştiano Ronaldonun bu mövsüm İspaniya çempionatında vurduğu bütün qolların görüntüsü “YouTube” videoportalına yerləşdirilib. İki dəqiqə davam edən videoçarxda Kriştiano Ronaldonun bu mövsüm İspaniya çempionatında vurduğu bütün qollar öz əksini tapıb.

Qeyd edək ki, Ronaldo “Real”ın heyətində bu mövsüm 38 qol vursa da, “Real”ı İspaniya çempionu edə bilməyib. “Real” İspaniya çempionatında ikinci yeri tutaraq, UEFA Çempionlar Liqasının yarımfinal mərhələsində məğlub olub. “Real”ın bu mövsüm qazancı yalnız Kral Kuboku olub.





DOSTLARINLA PAYLAŞ:

oyunlar