Ronaldonu dəli elədilər
15 Aprel 2010 Cümə Axşamı 19:35
Futbolçu Ronaldo onun haqqında yazılanların yalan olduğunu bildirir.
İspaniya mətbuatında “Real Madrid”in “Barselona”ya 0-2 hesabı ilə məğlub olduğu oyundan bir gün öncə portuqaliyalı Kristiano Ronaldonun evində səhər saat 5-ə qədər davam edən ziyafət verməsi və bir çox futbolçunun da mərasimdə iştirak etməsi xəbəri yayılıb. Qəzet səhifələrində bu xəbərləri oxuyan futbolçu çılğına dönüb.

Yazılı açıqlamasında futbolçu bütün bu məlumatların yalan olduğunu bildirərək bütün oyunlardan öncə olduğu kimi, “Barselona” ilə matçdan öncə də vaxtını dincəlməklə keçirdiyini qeyd edib.

Ronaldo iddiaları ortaya atan televizya kanalı və bu xəbəri yayımlayan mətbuat orqanlarının məhkəməyə verilməsi üçün vəkillərini təlimatlandırıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar