Ronaldodan Türkiyə sürprizi
04 Aprel 2013 Cümə Axşamı 16:17
Ulduz futbolçu "Mavi Mərmərə" qurbanlarına baş çəkəcək.
"Real Madrid"in ulduzu Ronaldo "Mavi Mərmərə" qurbanlarının yaxınlarını ilə görüşə bilər. Bu barədə məlumatı İsrailin hücum etdiyi "Mavi Mərmərə" gəmisindəki zərərçəkənlərinin vəkili Cihat Gökdemir verib. Onun sözlərinə görə, Ronaldo matç üçün gələcəyi Türkiyədə zərəçəkənləri ziyarət etmək istədiyini deyib. "Bizə bu barədə məlumat gəlib, ancaq hələlik müraciət edilməyib", - deyə o bildirib.

Gökdəmir Ronaldonun Fələstinlə bağlı həssaslığı ilə tanındığını və səfər çərçivəsində muzeyə çevrilən gəmini də görmək istədiyini deyib.

Qeyd edək ki, Ronaldo 2011-ci ildə qazandığı qızıl butsu hərracla satışa çıxararaq əldə edilən 1,5 milyon avronu Qəzzada məktəb tikintisi üçün bağışlayıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar