Ronaldo ve İrina Şeyk evlenir
15 İyul 2013 Bazar Ertəsi 10:45
Ronaldo ve İrina Şeyk toyu Port-Santu adasında keçirecek.
Madrid “Real”ının və Portuqaliya yığmasının oyunçusu Kriştiano Ronaldo və tanınmış rusiyalı model İrina Şeyk evlənməyə hazırlaşır. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, toyun iyulun sonu, avqustun əvvəlində baş tutacağı gözlənilir. Xəbərə görə, Ronaldo artıq toya dostlarını və yaxınlarını da dəvət edib.

Toy mərasiminin Port-Santu adasında keçiriləcəyi gözlənilir. 2010-cu ildən birlikdə olan cütlüyün toyunun dəbdəbəli 7 ulduzlu oteldə keçiriləcəyi xəbər verilir. Cütlüyün ötən il “Avro-2012” başa çatandan sonra onların evlənəcəyi gözlənilirdi.

Öz çimərliyi ilə bütün dünyada məşhur olan bu ərazidə Kristofor Kolumbun da yaşadığı xəbər verilir.

Xatırladaq ki, mətbuatda bu futbolçunun homoseksual olduğu ilə bağlı fikirlər yayılmışdı. Bir müdət əvvəl müğənni Rihanna Kriştiano Ronaldo ilə dostluğunu şərh edərkən dostluğunda xeyli sayda fərqli seksual oriyentasiyası olan şəxslərin olduğunu və onları dəstəklədiyini demişdi.


DOSTLARINLA PAYLAŞ:

oyunlar