Ronaldo ölümcül xəstəliyə yoluxub
05 Yanvar 2012 Cümə Axşamı 11:06
Ronaldo ölümcül xəstəliyə yoluxub. Futbolçunu Braziliya sahillərində istirahət edərkən ağcaqanad sancıb.
Artıq karyerasını başa vurmuş məşhur braziliyalı futbolçu Ronaldo ölümcül xəstəliyə yoluxub. ANS PRESS-in məlumatına görə, idmançı Twitter sosial şəbəkəsində qızdırma xəstələyinə tutulduğunu bildirib.

Futbolçu bir gün əvvəl xəstəxanadan çıxdığını və səhhətində irəliləyiş olduğunu vurğulayıb. Ronaldo xəstəliyə Braziliyanın şimalın-şərqində istirahət edən zaman ağcaqanad sancması nəticəsində yoluxa biləcəyini ehtimal edib.

Qeyd edək ki, yüksək hərarət, baş, əzələ ağrıları əlamətləri ilə müşahidə olunan bu xəstəlik ölümcül xəstəliklərdən sayılır. Ağırlaşma hallar olmasa, 2 həftədə keçir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar