Ronaldo karyerasını bitirəcəyi tarixi açıqladı
02 Oktyabr 2010 Şənbə 14:55
Futbolçu Ronaldo çıxışlarını “Korintians”da başa vuracaq.
Əfsanəvi braziliyalı futbolçu Ronaldo Luis Nazario da Lima karyerasını bitirəcəyi tarixi açıqlayıb.

“Mən çox fikirləşərək yekun qərar vermişəm. Karyeramı 2012-ci ilin əvvəlində başa vurmağı düşünürəm. Axırıncı klubum indi çıxış etdiyim doğma “Korintinas” olacaq”, - deyə Ronaldo bildirib.

Xatırladaq ki, Ronaldo karyerası ərzində “Qızıl top” mükafatına layiq görülüb. O, futbol üzrə dünya çempionatının final mərhələsində ən çox iştirak edən futbolçu kimi rekord vurub. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar