Ronaldo Gürcüstanda futbol akademiyasının açılışını edib
07 İyul 2013 Bazar 22:12
Tiflis "Dinamo"sunun məktəbininin açılışında Andrey Şevçenko və Kaxa Kaladze də iştirak edib.
Dünya futbolunun ulduzu, Portuqaliya yığmasının və Madridin "Real" komandasının oyunçusu Kriştianu Ronaldo Tiflisdə yerli "Dinamo"nun futbol akademiyasının açılışını edib. Məktəbə Vitali Daraseliyanın adı verilib.

Açılışda həmçinin Ukrayna futbolçusu Andrey Şevçenko və Gürcüstanın energetika naziri, Gürcüstan yığmasının sabiq kapitanı Kaxa Kaladze olub.

Tiflis "Dinamo"sunun prezidenti Roman Pipiyanın bildirdiyinə görə, bu, regionda ən böyük və müasirləşdirilmiş futbol məktəbidir.

Öz növbəsində Ronaldo qeyd edib ki, o, həmişə futbol məktəblərinin açılışı ilə bağlı belə təntənəli tədbirlərdə iştirak etməyə şaddır: "Uşaqların futbolçu olması və sonra özlərinin həyatını təmin etməyə imkan əldə etməsi çox yaxşı haldır".


DOSTLARINLA PAYLAŞ:

oyunlar