Ronaldo futbolçu karyerasını bitirdi
15 Fevral 2011 Çərşənbə Axşamı 03:42
Ulduz futbolçu futbolla göz yaşları içində vidalaşdı
Müasir futbolun ən titullu və məşhur oyunçularından biri, braziliyalı hüçumçu Ronaldo karyerasını bitirdiyini rəsmən elan edib. 34 yaşlı futbolçunun bu qərarı qəbul etməsinə karyerası dövründə aldığı zədələr və fiziki formasını qorumaqla bağlı problemlərin ona yüksək səviyyəli oyun göstərməyə mane olmasıdır.

“Mən gəldim ki, peşəkar oyunçuluq karyerasını yekunlaşdırdığımı elan edim”, - deyə Ronaldo Braziliyanın San-Paulu şəhərində “Korintians” klubunun məşq bazasında keçirdiyi mətbuat konfransında deyib. “Yekədiş” öz karyerasının parlaq və emosional hesab edir. Lakin o bildirib ki, səhhəti ilə bağlı çoxsaylı problemlərin öhdəsindən gələ bilmir: “Son illər mən zədə seriyası ilə üzləşdim: bir tərəfdən bədənimdən, dicər tərəfdən isə hər iki ayağımdan. Bu ağrılan məni karyeramı vaxtından əvvəl bitirməyə vadar etdi”.

Ronaldonun sözlərinə görə, futbolla vidalaşmasına əsas verən digər faktor dörd il əvvəl aşkar edilən qalxanvari vəzi xəstəliyi olub. O bildirib ki, xəstəliliyin müalicəsi üçün nəzərdə tutulan dərman preparatı idmanda dopinq sayılır. Futbolçu bildirib ki, artıq çəki ilə bağlı permanent probelmlər də bununla əlaqədardır: “Düşünürəm ki, bir çoxları mənim çəkimə güldüklərinə görə çətin vəziyyətdə qalacaqlar. Amma mən heç kimə qarşı kin saxlamıram”. Mətbuat konfransı zamanı məşhur futbolçunun gözü dəfələrlə dolub.

Ronaldo üç dəfə FİFA versiyası üzrə ilin futbolçusu seçilib (1996, 1997, 2002) və iki dəfə Braziliya millisinin heyətində dünya çempionu olub (1994, 2002). Fenomen futbolçu dünya çempionatlarının final mərhələsində 15 qol vurub və bu, mütləq rekord sayılır.

Ronaldonun formasının geyindiyi sonuncu klub 2008-ci ildə “Milan”dan keçdiyi “Korintians” olub. O, futbol karyerasına 1993-cü ildə Braziliyanın “Kruzeyro” klubundan başlayıb. Sonralar PSV (1994-1996), “Barselona” (1996-1997), “Inter” (1997-2002) və “Real” (2002-2007) klublarında çıxış edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar