Ronaldo dubla imza atdı
03 Noyabr 2013 Bazar 06:40
"Real" 3 xalı 3 qolla qazandı.
İspaniya Çempionatının XII turu çərçivəsində keçirilən "Rayo Vallekano" - "Real" Madrid qarşılaşmasında qonaqlar qələbə sevinib- 2:3. ANS PRESS-in məlumatına görə, bu qarşılaçmada "Kral klubu"nun portuqaliyalı ulduzu Kriştiano Ronaldo dubla imza atıb.
Belə ki, matçın 3-cü dəqiqəsində hesabı açan Ronaldo qarşılaşmanın ikinci hissəsində bir dəfə fərqlənə bilib. "Real"ın heyətində Kərim Benzama da ev sahiblərini cəzalandırıb.

"Rayo Vallekano"nuin gücü yalnız 2 qol vurmağa çatıb. Ev sahiblərinin qollarını Jonatan Viera penalti zərbələrindən vurub.

Hazırda "Real" lider "Barselona"dan 6 xal geridədir.


"Rayo Vallekano" - "Real" - 2:3

Jonathan Viera , 53 (11m ), 55 ( 11m ) - Kriştiano Ronaldo, 3, 49, Kərim Benzema, 31.




DOSTLARINLA PAYLAŞ:

oyunlar