Ronaldo ciddi zədə aldı
04 Mart 2011 Cümə 16:06
Portuqaliyalı futbolçu sol ayağında ağrılar hiss edir
“Real” klubunun portuqaliyalı futbolçusu Kriştiano Ronaldo zədələnib. ANS PRESS-in “Real” klubunun rəsmi saytına istinadən verdiyi məlumata görə, futbolçu İspaniya çempionatının 26-ci turunda “Malaqa” ilə matçda zədələnib. Futbolçu sol ayağında ağrılar hiss edərək əvəzlənməsini xahiş edib.

İilkin müayinələrdən sonra Ronaldonun növbəti tur “Rasinq”lə matçda iştirak edə bilməyəcəyi dəqiqləşib. “Real”ın baş məşqçisi Joze Mourinyo da Kriştiano Ronaldonun zədəsinin ciddi olduğunu bildirib.

Xatırladaq ki, Ronaldonun zədələndiyi “Real” –“Malaqa” matçında “Kral klubu” rəqibini 7:0 hesabı ilə məğlub edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar