Ronaldo cəzalandırıldı
27 Yanvar 2010 Çərşənbə 09:35
Ronaldo İntizam Komitəsi tərəfindən 2 oyunluq diskvalifikasiya edilib
İspaniya Futbol Liqasının İntizam Komitəsi “Real” klubunun portuqaliyalı futbolçusu Kriştianu Ronaldonu 2 oyunluq diskvalifikasiya edib. Buna səbəb, futbolçunun İspaniya çempionatının son turunda “Malaqa” ilə qarşılaşmada qırmızı vərəqə alması olub.

Kriştianu Ronaldo rəqibinə qarşı kobud oynayıb və nəticədə “Malaqa”nın oyunçusunun burnu sınıb. İspaniya İntizam Komitəsi buna görə, “Real”ı 180 avro, Ronaldonun özünü isə 600 avro cərimə edib.

Xatırladaq ki, bu Ronaldonun mövsümdə 2-ci qırmızı kartıdır. İlk dəfə o, dekabrın 5-də keçirilən “Almeriya” ilə matçda meydandan qovulmuşdu. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar