Futbolçu Ronaldo Azərbaycanla matçda meydana çıxmayacaq.
Martın 26-da Bakıda milli komandamızla qarşılaşacaq Portuqaliya kollektivi artıq Bakıdadır. ANS PRESS-in məlumatına görə, kollektiv "Bakı" futbol klubunun bazasında məşq edir.
Futbolçuların arasında "Real" klubunun üzvü Kriştiano Ronaldo da var. Ulduz futbolçu bir neçə gün əvvəl İsraillə keçirilən matçda sarı vərəqə alaraq cəzalı duruma düşərək Bakıdakı matçda çıxış edə bilməyəcək.
Futbolçunun oyunu tribunadan izləyəcəyi bildirilir.