Ronaldo Bakıda imzalı forma paylayır
    24 Mart 2013 Bazar 15:21
    Ronaldo komandası ilə birgə Bakıda məşq edir.
    
                	 
    
         Portuqaliya yığmasının üzvü Kriştiano Ronaldo "Bakı" futbol klubunun bazasında imzalı "Real" klubunun formasını gənc futbolçulara bağışlayıb. 
ANS PRESS-in məlumatına görə, futbolçunun martın 26-da baş tutacaq Azərbaycan-Portuqaliya matçında iştirak etməyəcəyi dəqiq olsa da, Bakıya gəlib və komandası ilə birgə məşqə çıxıb. 
Xatırladaq ki, Ronaldo martın 22-də Təl-Əvivdə baş tutan İsrail-Portuqaliya matçında sarı vərəqə alaraq cəzalı duruma düşüb. Görüşə gəlincə hesab 3:3 olub.
DOSTLARINLA PAYLAŞ: