Ronaldinyo klubunu dəyişə bilər
07 Dekabr 2010 Çərşənbə Axşamı 17:15
Futbolçu ilə "Liverpul" rəhbərliyi maraqlanır
İngiltərənin “Liverpul” klubunun braziliyalı futbolçu Ronaldinyonu transfer etmək istədiyi məlumatı yayılıb. “Liverpul”un baş məşqçisi Roy Hocson hüsumcu Fernando Torresi topla təmin etmək üçün Ronaldinyonun transferi ilə bağlı klub rəhbərliyinə müraciət edib.

Ancaq “Liverpul” klubu futbolçu qarşısında şərt qoyub. Ronaldinyo İngiltərəyə məskunlaşacağı təqdirdə, “Milan”da aldığı illik 7,5 milyon avro məvacibdən az qazanacaq. “Liverpul” klubu ilə yanaşı ABŞ-ın “Los-Anceles Qelaksi” klubu da Ronaldinyonu heyətinə qatmaq istəyir.

Xatırladaq ki, Ronaldinyo karyerası ərzində PSJ və “Barselona” kimi klubların formasını geyinib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar