Ronaldinyo futboldan gedir
25 Fevral 2013 Bazar Ertəsi 10:37
Futbolçu Ronaldinyo son vaxtlar oynamamasını anasının xəstəliyi ilə izah edib.
“Atletiko Mineyro” klubunun yarımmüdafiəçisi Ronaldinyo 2012-ci ildə peşəkar karyerasını bitirməyə çox yaxın olduğunu etiraf edib.

ANS PRESS-in “Allsport”a istinadən verdiyi xəbərə görə, “Barselona”nın keçmiş oyunçusu anasında yaranan xərçəng xəstəliyi üzündən ağır günlər keçirdiyini və futboldan ayrıldığını bildirib:

“Anamın xəstəliyini eşidəndə mən anladım ki, bir daha futbol oynaya bilməyəcəyəm. Fikirləşdim ki, ona qulluq etməliyəm. Hər kəs mənim yanımda idi və mənə dəstək olurdu. Bu mənə o qədər də asan olmadı, “Atletiko Mineyro”nun azarkeşləri mənə çox dəstək oldular. Hətta bir oyunda onlar stadiona üzərində anamın şəkli olan plakatlarla gəlmişdilər”, - deyə Ronaldinyo vurğulayıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar