Roman Pavlyuçenko Qalatasaraya gəlir
08 Yanvar 2010 Cümə 15:00
Roman Pavlyuçenko Türkiyədə hər il 2,5 milyon avro qazanacaq
"Qalatasaray" "Tottenhem"in transferə çıxardığı rus ulduz Roman Pavlyuçenkonu heyətinə qatır. "Fotomaç" qəzetinin yaydığı məlumata görə, komandanın rəsmisi Haldun Üstünel bu məqsədlə İngiltərəyə yollanıb.

"Tottenhem"in rus futbolçu üçün 12 milyon avro istədiyini, amma "Sarı-qırmızılı" klubun bu məbləği 7 milyona endirdiyi bildirilir. "Qalatasaray" bu məbləği Elano Blumerin transferində olduğu kimi hissə-hissə ödəmək niyyətindədir. Hazırda tərəflər məhz transfer haqqının ödənməsi ilə bağlı müzakirələr aparır.

Pavlyuçenkoda artıq "Qalatasaray"da oynamağa razılıq verib. Onun Türkiyədə hər il 2.5 milyon avro qazanacağı deyilir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar