Roman Pavlyuçenko “dəmiryolçu” oldu
03 Dekabr 2011 Şənbə 18:52
Rusiya millisinin üzvü Roman Pavlyuçenko Moskvanın “Lokomotiv” klubu ilə anlaşıb.
Rusiya millisinin futbolçusu Roman Pavlyuçenkonun İngiltərənin “Tottenhem” klubundan ayrılacağı tam olaraq dəqiqləşib. ANS PRESS-in məlumatına görə, ölkəsinə qayıtmaq istəyən futbolçu Moskvanın “Lokomotiv” klubu ilə anlaşıb.

Belə ki, 29 yaşlı hücumçunun “Lokomotiv”ə keçidi ilə bağlı bütün şərtlər razılaşdırılıb.Əgər işlər yolunda getsə, Roman yanvar ayında ”Dəmiryolçular”la 3 illik müqavilə imzalayacaq.

Qeyd edək ki, Roman yığmasının millimizə ilk qol vuran futbolçusu kimi tarixə düşüb. O, 2009-cu ilin martında “Lujniki” stadionunda yığmamıza 2:0 hesabı ilə qalib gəldikləri rəsmi oyunda fərqlənib.



DOSTLARINLA PAYLAŞ:

oyunlar