"Canavarlar" "Kalyari"yə 2:4 hesabı ilə məğlub olublar.
Futbol üzrə İtaliya çempionatında 23-cü turunun oyunları keçirilir. ANS PRESS-in məlumatına görə, dünən tur çərçivəsində ilk qarşılaşma “Roma” və “Kalyari” arasında keçirilib. Qarşılaşma qonaqların 4:2 hesablı qələbəsi ilə başa çatıb.
Bu gün isə “Torino” “Sampdoria”, “Napoli” “Katania” komandaları üz-üzə gələcəklər.
Fevralın 3-də isə digər komandalar “Kievo” “Yuventus”, “Fiorentina” “Parma”, “Cenoa” “Latsio”, “Palermo” “Atalanta”, “Siena” “Inter”, “Milan” “Udineze”, “Peskara” “Baloniya” komandaları oynayacaqlar.