İsveçrəli tennisçi Roje Federer “Roland Qarros” Fransa Açıq Ternnis turnirinin qalibi olub. Dünyanın iki nömrəli raketka ustası Roje Federer finalda isveçli Robin Soderlinqi 6-1, 7-6 və 6-4-lük setlərdən sonra 3-0 hesabı ilə məğlub edərək çempionluğu bayram edib.
Federer ilk setdə çox asan 6-1 hesablı qələbə qazanmağı bacardı. İsveçrəli tennisçi ikinci setdə 7-6 hesablı qələbə qazanaraq 2-0 önə keçdi. Son seti də 6-4 hesabı ilə qalib tamamlayan Federer, “Roland Qarros” turnirində ilk çempionluğunu qazandı. /ANS PRESS/