Roje Federer Endi Roddiki məğlub edib
02 Aprel 2009 Cümə Axşamı 17:35
“Sony Ericsson Open” tennis turnirinin ¼ final mərhələsində keçirilən qarşılaşma Federerin 2-1 hesablı qələbəsi ilə yekunlaşıb

ABŞ-da keçirilən “Sony Ericsson Open” tennis turnirində ¼ final görüşləri keçirilib. ¼ final mərhələsində, İsvçrəli Roje Federer, ABŞ tennisçisi Endi Roddiki 6-3, 4-6 və 6-4-lük setlərlə, 2-1 məğlub edərək yarımfinala yüksəlib.

İlk setdə asan qələbə qazanan Federer, ikinci setdə rəqibinə məğlub olub. Final setində bütün gücünü toplayan Federer, bu setdə 6-4 hesabı ilə qalib gələrək yarımfinal mərhələsinə vəsiqə qazanıb. Roje Federerin yarımfinalda rəqibi serbiyalı Novak Cokovic olacaq.

”Sony Ericsson Open” ¼ final mərhələsi

Roje Federer – Endi Roddik 6-3, 4-6, 6-4
Novak Cokovic – Jo-Vilfried Tsonqa 6-3, 6-4 /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar