Robinyo “Qalatasaray”da ?
07 Mart 2010 Bazar 18:25
Braziliyalı forvard İngiltərəyə qayıtmaq istəmir
“Qalatasaray” klubunun transfer siyahısında olan Braziliyalı forvard Robinyo, “Mançester Siti”nin baş məşqçisi Roberto Mançinini kəskin tənqid edib.

O, italiyan məşqçini səriştəsiz adlandırıb. Hazırda icarə əsasında Braziliyanın “Santos” klubunun formasını geyinən Robinyo müqaviləsi bitincə Avropaya dönəcəyini bildirib.

Onun sözlərinə görə, R.Mançinin rəhbərliyi altında “Mançester Siti”nin formasını geyinmək fikri yoxdu.

Braziliya mətbuatında yer alan xəbərlərə görə isə Robinyo, yaxın dostu Elano ilə birlikdə oynamaq üçün “Qalatasaray”a gedəcəyi bildirilib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar