Robinyo "Barselona"nı arzulayır
04 Sentyabr 2010 Şənbə 16:45
Futbolçu Robinyo Çempionlar Liqasının finalı haqda danışıb.
”Milan” klubuna yeni transfer olunmuş braziliyalı futbolçu Robinyo burada özünü evdəki kimi hiss etdiyini bildirib. Futbolçu “Milan” klubunda Braziliya ruhunun olduğuna da diqqət çəkib.

“Yeni komandamda Ronaldinyo, Pato və Tiaqo Silva kimi həmvətənlərim çıxış edir. Burada mənim üçün xoşdur”, - deyə Robinyo bildirib. Futbolçu “Milan”ın Çempionlar Liqası finalında “Barselona” ilə qarşılaşmaq istəyini də açıqlayıb.

Xatırladaq ki, Robinyo 18 milyon avro qarşılığında İngiltərənin “Mançester Siti” klubundan “Milan”a transfer olunub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar