Robin van Persi Türkiyədə oynamaq istəyir
18 İyul 2012 Çərşənbə 02:29
Robin van Persi bunu Hollandiya millisindəki komanda yoldaşına etiraf edib.
Hollandiya millisinin hücumçusu Dirk Keyt bildirib ki, onun millidəki həmkarı Robin van Persi Türkiyənin “Fənərbağça” klubunda oynamaq istədiyini etiraf edib.

“Van Persi mənə dedi ki, nə vaxtsa “Fənərbağça”da oynamaq istəyir”, - Coal.com Dirk Keytdən sitat gətirir. “Amma indi bu barədə danışmağa dəyməz. O, sadəcə olaraq, öz arzusunu bölüşüb”, - futbolçu əlavə edib.

Qeyd edək ki, son vaxtlar Robin van Persinin Londonun “Arsenal” klubunu tərk edəcəyi barədə söhbətlər dolaşır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar