Roberto Karlos üzüldü
22 Yanvar 2010 Cümə 18:25
Roberto Karlos “Korintians”ın heyətində çıxdığı ilk oyunda zədələnib.
Braziliyalı Roberto Karlosun karyerasının “Korintians” səhifəsi uğursuz başlanıb. Türkiyənin “Fənərbaxça” klubundan ayrılaraq öz ölkəsində futbol karyerasını davam etdirən Roberto Karlos ilk oyundaca uğursuzluqla üzləşib.

“Korintians”ın forması altında meydana çıxdığı ilk oyunda Roberto Karlos zədələnərək meydanı tərk edib. Roberto Karlosun zədəsinin nə qədər ciddi olduğu haqqında isə məlumat verilir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar