Roberto Karlos Türkiyəyə vida etdi
19 Dekabr 2009 Şənbə 22:05
Roberto Karlos bu gün həm sevindiyini, həm də kədərləndiyini bildirib.
"Fənərbaxça"ya 2,5 il xidmət etdikdən sonra klubla yollarını ayıran Roberto Karlos Türkiyədən ayırılıb. Braziliyanın "Korintians" klubu ilə iki illik müqavilə imzalayan futbolçu vətəninə yola düşüb.
Karlosu "Fənərbaxça" rəsmiləri - Hasan Çetinkaya, Mahmut Sökün, Samet Güzel və Umut Köse hava limanından gül-çiçəklə yola salıb.
Türkiyədən bir daha qayıtmamaq üzrə ayrılan braziliyalı Atatürk Hava Limanında jurnalistlərə verdiyi açıqlamada həm üzüldüyünü, həm də sevindiyini bildirib: "Bu gün iki duyğunu eyni anda yaşayıram. "Fənərbaxça"dan ayrıldığım üçün üzülürəm. Futbol həyatıma vətənimdə davam edəcəyim üçün isə sevinirəm. Mənim üçün yeni bir dönəm başlayır". ANSPRESS
DOSTLARINLA PAYLAŞ: