Roberto Karlos köçür
07 Dekabr 2009 Bazar Ertəsi 11:05
Futbolçu Roberto Karlos İstanbuldakı evinin əşyalarını Braziliyaya göndərib
“Fənərbaxça” klubunun braziliyalı futbolçusu Roberto Karlos İstanbulda yerləşən evinin əşyalarını Braziliyaya göndərib. “Fənərbaxça” klubunun rəhbərliyi Roberto Karlosa öz ölkəsinə getməyə icazə verməsə də, futbolçunun həyat yoldaşının Braziliyaya getməkdə israrlı olduğu bildirilir.
Xatırladaq ki, Roberto Karlos bir müddət əvvəl Braziliyanın “Korintians” klubu ilə müqavilə bağladığını bildirmişdi.
Futbolçu bir mövsüm “Korintians”ın heyətində forma geyərək karyerasını başa vuracağıını da bəyan edib.
ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar