Roberto Karlos həmyerlimizi sevindirdi
01 May 2011 Bazar 20:41
Roberto Karlos həmyerlimizi sevindirdi. "Anji" çətinliklə olsa da, Mahaçqalada "Rostov" üzərində qələbə qazanıb.
Rusiya Premyer Liqasında 7-ci turun oyunları keçirilir. Vaqif Sadıqovun məşqçi kimi çalışdığı “Anji” Mahaçqalada “Rostov”la qarşılaşıb.
Tərəflərin duelindən həmyerlimizin komandası qalib çıxıb – 1:0. Oyundakı yeganə qolu braziliyalı futbol Roberto Karlos penalti zərbəsindən vurub.
Bu qələbə sayəsində Mahaçqala klubu xallarının sayını 12-yə çatdırıb və 4-cü pilləyə yüksəlib. Cəmi 1 yenilgi ilə üzləşən Sadıqovun komandası 3 heç-heçə edib, bir o qədər də qələbə qazanıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: