Roberto Karlos bu ay “Fənərğbaxça”dan gedir
13 Dekabr 2009 Bazar 01:55
Roberto Karlos: “Hamilə olan həyat yoldaşımın yanına dönəcəm və illərdir ayrı qaldığım Braziliyaya təkrar qovuşacam”
Uzun müddətdir “Fənərbaxça”dan gedib-getməyəcəyi mübahisə mövzusuna çevrilən Roberto Karlos klubu tərk edəcəyini açıqladı. O bildirib ki, “Trabzonspor”la qarşılaşma ərəfəsindəyəm kart cəzalısı vəziyyətindədir: “Qarşıda “Şerif” oyunu da var. Məşqçi uyğun bilsə, “Fənərbaxça” formasında son oyuna çıxmaq istəyirəm”. Roberto Karlos deyib ki, dekabrın 17-də UEFA Avropa Liqası çərçivəsində “Şerif”lə oyundan sonra Braziliyaya qayıdacaq.
“Fənərbaxça”da xoşbəxt olduğunu qeyd edən braziliyalı futbol ulduzu İstanbulu və Türkiyəni çox sevdiyini açıqlayıb: “Artıq ayrılmaq vaxtı gəldi. Yaşadığım xoşbəxt bir evliliyim var. Bu qərarı çox əvvəllər qəbul etmişdim. Hamilə olan həyat yoldaşımın yanına dönəcəm və illərdir ayrı qaldığım Braziliyaya təkrar qovuşacam”.
Roberto Karlosun “Fənərbaxça”dan necə ayrılacağı hələlik açıqlanmayıb və klubun braziliyalı futbolçudan hər hansı bonservis qiyməti istəyib-istəməyəcəyi məlum deyil. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: