Roberto Karlos Bakıya niyə gəlmədi?
23 Noyabr 2011 Çərşənbə 10:24
Futbolçu Roberto Karlos soyuqladığı üçün səfərini təxirə salıb.
Rusiyanın “Anji” klubunun braziliyalı oynayan-məşqçisi Roberto Karlosun ölkəmizə səfəri baş tutmayıb. ANS PRESS-in AFFA-ya istinadən verdiyi məlumata görə, R.Karlos güclü soyuqladığı üçün həkimlərin tövsiyəsinə əsasən Bakıya gələ bilməyib.

Bununla əlaqədar braziliyalı futbolçu fikirlərini bildirib: “Çox təəssüf ki, Azərbaycana səfərim alınmadı. Mənə Bakı şəhərinin və Azərbaycanın gözəlliyi haqda çox danışıblar. Səfərdən imtina etmək məcburiyyəti qarşısında qaldığım üçün üzr istəyirəm. Söz verirəm ki, ilk fürsətdəcə Azərbaycana gələcək və hər kəsi futbolunuzun 100 illik yubileyi münasibətilə şəxsən təbrik edəcəyəm. Bildiyim qədər, Azərbaycanda mənim xeyli pərəstişkarım var”.

Xatırladaq ki, Roberto Karlosun Bakıya dünən gələcəyi gözlənilirdi.


DOSTLARINLA PAYLAŞ:

oyunlar