Roberto Karlos azərbaycanlı məşqçidən danışıb
30 Sentyabr 2011 Cümə 18:33
Ulduz futbolçu Roberto Karlos Vaqif Sadıqovla münasibətlərinin əla olduğunu bildirib.
"Mənim Andrey Qordeyevlə çox gözəl münasibətlərim var. Həmçinin Vaqif Sadıqov və Arsen Akayevlə də münasibətlərim əladır". ANS PRESS-in fanat.az saytına istinadən xəbər verir ki, bu sözləri "Anji"nin ulduz futbolçusu Roberto Karlos deyib. Xatırladaq ki, Hacı Hacıyevin istefasından sonra "Anji" Andrey Qordeyevə tapşırılıb. Karlos isə oynayan-məşqçi kimi məşqçilər korpusunda yer alıb. Mahaçqala klubunun rəhbərliyi Vaqif Sadıqovu da komand da saxlayıb.

Karlos Joze Mourinyodan məsləhət alacağını da bildirib: "Hələ özümü məşqçi kimi hiss etmirəm. Üstəlik, müqaviləm əvvəlki - futbolçu kimidir. Qarşıma məşqçilər korpusuna kömək etmək məqsədi qoymuşam. Mənim üçün Andreylə tandem əsas olacaq. O, peşəkar məşqçidir, yetərincə zəngin təcrübəsi var. Artıq 22 ildir peşəkar futboldayam. Joze Mourinyo ilə əlaqə saxlamaq istəyirəm ki, o, öz məşqlərindən hazırlanmış DVD diskləri mənə göndərsin. Fikrimcə, bu "Anji"nin taktiki və texniki hazırlığında böyük rol oynaya bilər". ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar