"Rio-2016" Olimpiadasının rəsmi loqotipi hazırlanıb
04 Sentyabr 2010 Şənbə 20:25
"Rio-2016" Olimpiadasının rəsmi loqotipi ictimaiyyətə 2011-ci il yanvarın 1-də açıqlanacaq.
2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Olimpiya oyunlarının Təşkilat Komitəsi yarışların rəsmi loqotipini seçib. İctimaiyyətə 2011-ci il yanvarın 1-də açıqlanacaq loqotip təsdiq edilmək üçün Beynəlxalq Olimpiya Komitəsinə göndərilib.

Olimpiadanın təşkilatçıları emblemi səkkiz variant arasından seçiblər. Loqotiplə bağlı qərarı 12 nəfərdən ibarət xüsusi minsiflər heyəti qəbul edib.

Qeyd edək ki, Rio-de Janeyro 2009-cu ilin oktyabrında Olimpiya oyunlarının paytaxtı seçilib. Olimpiadanı keçirmək hüququ uğrunda ondan başqa Tokio, Madrid və Çikaqo şəhərləri də mübarizə aparırdı. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar