Rıdvan Dilmən azadlıqda
07 Aprel 2010 Çərşənbə 13:10
Dünən saxlanılan idman şərhçisi Rıdvan Dilmən sərbəst buraxılıb.
İstanbul polisinin şərti “Şeytan” əməliyyatı çərçivəsində saxladığı sabiq futbolçu və idman şərhçisi Rıdvan Dilmən artıq azadlığa buraxılıb. Keçmiş futbolçu Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsində ifadə verdikdən sonra prokurorluğun təlimatına uyğun olaraq azadlığa buraxılıb.
Qeyd edək ki, o, sevgilisi jurnalist N. Y və həyat yoldaşı Ayşenur Dilmenin telefonlarını qeyri-qanuni dinləməkdə şübhəli bilinir. İddiaya görə, o, bu məsələdə işdən çıxarılan və təqaüdə çıxan polislərdən ibarət qruplaşmadan yardım alıb.
Xatırladaq ki, Rıdvan Dilmən dünən polis tərəfindən saxlanılmışdı. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: