"Rəvan"ı çətin sınaq gözləyir
17 Fevral 2011 Cümə Axşamı 19:33
Klubun bir neçə futbolçusu zədəlidir
Futbol üzrə Azərbaycan I Divizionunun XV turunda "Abşeron" klubunu qəbul edəcək "Rəvan" hazırlıqlarını davam etdirir. Bakıda Buzovna qəsəbə stadionunda məşq edən "Rəvan"ın heyətində bir neçə zədəli futbolçu olsa da, onların bazar gününə kimi tam hazır formada olacaqları bildirilir.

Klubun baş məşqçisi Vladislav Qədirovun verdiyi məlumata görə, oyuna yüksək əhval-ruhiyyədə hazırlaşan komanda bazar günü keçiriləcək qarşılaşmada yalnız qələbə hədəfləyir.

Qeyd edək ki, turnir cədvəlində qonşu pillələrdə qərarlaşmış komandaları bir-birindən 1 xal ayırır. İlk dövrədə keçirilən oyunda "Rəvan" rəqibinə 0:2 hesabı ilə məğlub olmuşdu.


DOSTLARINLA PAYLAŞ:

oyunlar