Revan futbol komandası heyetini güclendirir
28 İyun 2013 Cümə 08:12
Revan futbol komandası beşinci transferini resmileşdirib.
Yeni mövsümə ciddi hazırlaşan Bakının “Rəvan” futbol komandası heyətini gücləndirməkdə davam edir.

Klubdan ANS PRESS-ə verilən məlumata görə, komanda beşinci transferini rəsmiləşdirib. Bunadək Elvin Həsənəliyev, Fuad Əhmədov, Ceyhun Cavadov və Bəxtiyar Soltanovu heyətinə cəlb edən “Rəvan” Novruz Məmmədov ilə ikiillik müqavilə imzalayıb.

Yaxın keçmişdə 4 il “Muğan”ın şərəfini qorumuş müdafiəçinin son klubu “Bakı” olub. Müdafiəçi Azərbaycan U-21 yığmasının heyətində 12 oyun keçirib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar